Erik ten Haq MY-nin İngiltərə Kubokunda imkanlarını dəyərləndirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun 1/32 finalında “Uiqan” üzərində səfər qələbəsini (2:0) şərh edib.

Arena.az BBC-yə istinadən holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İngiltərə Kubokunda hər şey qalib gəlməkdən ibarətdir, sən öz işinlə məşğul olmaq istəyirsən, bu, nokaut oyunudur. Buna görə də paltardəyişmə otağında dedim: “İş, bitdi”. Biz mütləq daha çox qol vurmalı idik. Düşünürəm ki, birinci hissədə beş-altı çox yaxşı imkan yaratdıq. Məncə, çox yaxşı oyun oldu. Biz daha çox qol vurmalı idik, amma qol vurmursansa, diqqətini cəmləməlisən və biz bunu etdik.
Kuboku qazanmağı düşünürükmü? Bu, çox uzaq perspektivdir. Xüsusilə Kubokda oyundan oyuna getmək lazımdır. Biz indi bütün diqqətimizi “Tottenhem”ə yönəltmişik”, deyə Erik ten Haq bildirib.

Xatırladaq ki, yanvarın 14-də, Bakı vaxtı ilə saat 20:30-da “Mançester Yunyted” Premyer Liqanın 21-ci turu çərçivəsində “Tottenhem”i qəbul edəcək.