İngiltərə yığmasının sabiq futbolçusu Ceymi Rednapp niderlandlı mütəxəssis Erik ten Haq və “Mançester Yunayted” barədə fikrini açıqlayıb.
Arena.az keçmiş ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“İş o yerə çatır ki, onların çalışdırıcısına adamın lap yazığı gəlir. O, öz qabında görünmür və görünür, komandanı ilhama gətirməkdə çətinlik çəkir. “Mançester Yunayted” və Ten Haq geriyə doğru gedirlər. Artıq şikayət edə bilməzsiniz, çünki onun müdafiədə dördlüyü var, onun ixtiyarında bütün oyunçuları var – heç bir bəhanə ola bilməz”.
Keçmiş ingilis futbolçu Qari Nevill də İngiltərə Premyer Liqasının 6-cı turunun “Tottenhem”lə ev oyunundan (0:3) sonra “Mançester Yunayted”in vəziyyəti haqda danışıb:
“Onların nə qədər alçaldığına görə sarsıldım. Bu, həqiqətən pis idi. Bilirəm ki, ilk günlərdə Devid Moyes, Ole-Qunnar Sulşer, Lui van Qal, Joze Mourinyo və Ralf Ranqnik pis vaxtlar keçiriblər, amma bu gün, görünür, onların lap alçaldığı gün gəlib çatıb”, deyə Nevill vurğulayıb.
İngiltərə yığmasının keçmiş hücumçusu Qari Lineker də Erik ten Haq haqda fikrini bildirib:
“Onun hər şeyi düzəldə biləcəyini təsəvvür etmək çətindir. Olsun ki, onun üzərində böyük təzyiq var. Kim bilir, klub sahibləri nə düşünürlər. Onların ağlına nə gələcəyindən heç vaxt əmin ola bilməzsən”.
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz da “qırmızı şeytanlar”ın niderlandlı mütəxəssis Erik ten Haqın rəhbərliyi altında çıxışından narazıdır:
“Ten Haq təyin edildikdən iki il yarım sonra “Mançester Yunayted” hazırlıqsız komanda olaraq qalır. Axı yalnız məşq meydançasında hazırlaşmaq olar. Futbolçular nə istədiklərini belə, bilmirlər. Bir, nəsə edin, bir, azarkeşlərə nəsə verin. Nə üçün gücünüzü sınamırsınız?”
Məşhur britaniyalı jurnalist Pirs Morqan da “Tottenhem”lə ev oyunundakı məğlubiyyətdən (0:3) sonra “Mançester Yunayted”in baş məşqçisinə “adəti üzrə ilişib”:
“İcazə ver, sənə yardım edim, Erik… Sən gələn həftə “Mançester Yunayted”də olmayacaqsan, nəinki gələn ilin mayında”, deyə Morqan zəhərli dilini dinc qoymayıb.