Erik ten Haq “Vest Hem”ə məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 9-cu turunda “Vest Hem”ə səfər məğlubiyyətinə (1:2) aydınlıq gətirib.

Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu mövsüm üç dəfə haqsızlıq hiss etmişik. Qol vurmalıydıq, çoxlu qol imkanları yaratdıq. İki-üç qol öndə olmalıydıq. İkinci hissədə təpkimizi davam etdirdik, amma onların oyuna daxil olmasına icazə verdik. 0:1 hesabı ilə geridə olanda komandanın müəyyən xasiyyət göstərməsi gərəkdir. Oyuna qayıtmaq üçün təpər nümayiş etdirməlisiniz. Penalti isə ədalətsiz idi”, deyə Erik ten Haq vurğulayıb.

9 oyundan 11 xal toplamış “Mançester Yunayted” yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Eyni miqdarda xal toplamış “çəkicdöyənlər” isə 13-cü pillədədirlər. Premyer Liqaya 23 xalla “Mançester Siti” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: