“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland “CIES Football Observatory” tərəfindən ən bahalı oyunçu elan edilib.
Arena.az xəbər verir ki, Haland 245,1 milyon avro dəyərində qiymətləndirilir.
İdman Araşdırmaları Mərkəzinin hesablamalarına əsasən, Haland dəyəri 200 milyon avronu keçən yeganə oyunçudur.
Siyahıda ikinci yeri 196,3 milyon avro dəyərində olan “Real”ın hücumçusu Vinisius Junior tutur.
Üçlüyü “Arsenal”ın futbolçusu Bukayo Saka 195,8 milyon avro məbləğində qiymətləndirmə ilə qapayır.
Erlinq Haland artıq “Mançester Siti” ilə Premyer Liqanı və İngiltərə Kubokunu qazanıb. Cari mövsemdə 52 oyuna çıxmış Haland 52 qol vurub, 9 məhsuldar ötürmə verib. Qarşıda – iyunun 10-da norveçli forvardı UEFA Çempionlar Liqasının finalı çərçivəsində “İnter”lə oyun gözləyir.
“CIES Football Observatory” tərəfindən dəyəri azı 100 milyon avro göstərilən futbolçuların siyahısını təqdim edirik:
1. Erlinq Haland (“Mançester Siti”) – 245,1 milyon avro
2. Vinisius Junior (“Real”) – 196,4 milyon avro
3. Bukayo Saka (“Arsenal”) – 195,8 milyon avro
4. Cud Bellingem (“Borussiya”, Dortmund) – 190,2 milyon avro
5. Rodriqo Qoes (“Real”) – 184,5 milyon avro
6. Pedri Qonsales (“Barselona”) – 178 milyon avro
7. Pablo Qavi (“Barselona) – 174,1 milyon avro
8. Camal Musiala (“Bayern”) – 170,2 milyon avro
9. Fil Foden (“Mançester Siti” – 166,8 milyon avro
10. Kilian Mbappe (PSJ) – 163,2 milyon avro
11. Federiko Valverde (“Real”) 155,1 milyon avro
12. Qabriel Martinelli (“Arsenal”) – 152,9 milyon avro
13. Xulian Alvares (“Mançester Siti”) – 122 milyon avro
14. Eduardo Kamavinqa (“Real”) – 118,4 milyon avro
15. Yoşko Qvardiol (“Leypsiq”) – 114,9 milyon avro
16. Rafael Leao (“Milan”) – 113,2 milyon avro
17. Eder Militao (“Real”) – 108,4 milyon avro
18. Rodri Hernandes (“Mançester Siti”) – 105 milyon avro
19. Entso Fernandes (“Çelsi”) – 103,1 milyon avro
20. Lautaro Martines (“İnter”) – 100,7 milyon avro