Erməni millimizin futbolçusunu təbrik etdi, narazılığa səbəb oldu – FOTO

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev futbol üzrə Azərbaycan milli komandasının heyətində debüt edib.

Arena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçında ilk dəfə Azərbaycan yığmasının formasını geyinib.

Aleksey İsayev, 84-cü dəqiqədə Emin Mahmudovun əvəzinə meydana daxil olub.

Millidə debüt edən Alekseyi dostları “instagram”da təbrik ediblər. Debütantı təbrik edənlər arasında “erik_avetyan” adlı erməni “instagram” istifadəçisi də olub ki, Alekseyin onun təbrikinə “təşəkkür edirəm, qardaşım” deyə, cavab yazması, sosial şəbəkədə narazılıqla qarşılaşıb. Aleksey narazılıqlardan sonra həmin paylaşımı silib.

Azərbaycan yığması Portuqaliya ilə oyundan 0:1 hesabıyla məğlub ayrılıb.