Ernest və Emil Ağakişi qardaşları Avropa Kubokuna təyinat aldılar

Beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) yeni təyinat alıblar.

Arena.az xəbər verir ki, təcrübəli referilər qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti təmsil edəcəklər.

Söhbət Şimali Makedoniyanın “Yorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşdən gedir.

Yanvarın 13-də Skopye şəhərində keçiriləcək qarşılaşma “Avtokomanda” İdman Zalında təşkil olunacaq.

Xəbəri istədiklərinizlə paylaşın