Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) yeni təyinat alıblar.
Arena.az xəbər verir ki, təcrübəli referilər kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında təşkil olunacaq.
Qeyd edək ki, bu komandalar arasında Rumıniyada baş tutmuş ilk oyunda “Minamur Baya Mare” 36:26 hesablı qələbəyə sevinib.