Erol Bulut – “Antalyaspor”un yeni baş məşqçisi!

Türkiyəli futbol mütəxəssisi Erol Bulut Super Liqada mübarizə aparan “Antalyaspor” komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

50 yaşlı mütəxəssislə ilkin razılığın əldə olunduğu diqqətə çatdırılıb. O, qısa zaman içində Antalyaya gələcək və rəsmi müqaviləyə imza atacaq. Tərəflər arasındakı anlaşmanın müddəti və digər detalları hələ açıqlanmır. Yeni baş məşqçi bu vəzifədə üç gün öncə komandadan ayrılmış Emre Belözoğlunu əvəz edib.

Xatırladaq ki, Erol Bulut karyerası ərzində “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbağça”, “Qaziantep” və “Kardiff Siti” kimi komandaları çalışdırıb. O, 2024-cü ilin sentyabr ayında İngiltərə klubundan ayrılandan bəri işsiz idi.

“Antalyaspor” Türkiyə Super Liqasında 2025/2026-cı illər mövsümünə o qədər də uğurlu başlamayıb. Komanda keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Antalya təmsilçisi 10 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın