Ersin Destanoğlu “Beşiktaş”la yeni müqavilə imzaladı

Türkiyənin “Beşiktaş” klubu qapıçısı Ersin Destanoğlu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi. Daha öncə ilinə 1.5 milyon TL qazanan Ersin, yeni sözləşməyə əsasən illik 13 milyon TL maaş alacaq.

Ersin Destanoğlu “Beşiktaş”ın öz yetirməsidir. O, “qara qartallar”ın əsas komandasının heyətində 91 rəsmi matça çıxıb. Gənc qolkiper Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinsə də, əsas millidə şans qazanmayıb.