Eşli Yanq “Aston Villa” ilə anlaşdı

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “İnter” klubu ilə yollarını ayırmış Eşli Yanqı heyətinə qatıb.

Bu barədə “Aston Villa”nın rəsmi saytı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

“Uotford”un yetirməsi olan Eşli Yanq 2003-2007-ci illər aralığında məhz bu komandada çıxış edib. 2007-ci ildə isə o, məhz “Aston Villa” ilə müqavilə bağlayıb və 2011-ci ilə qədər indiki komandasının formasını geyinib. 2011-2020-ci illər aralığında “Mançester Yunayted”də oynamış futbolçu ötən ilin yanvarından “İnter”də çıxış edirdi. Vinger İngiltərə yığmasında keçirdiyi 39 oyunda 7 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: