Estoniya – Azərbaycan: Açıq məşqlərin vaxtı açıqlandı

AÇ-2024-ün seçmə mərhələsinin Estoniya – Azərbaycan matçından əvvəl keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oktyabrın 12-də, Bakı vaxtı ilə saat 19:00-da Tallindəki “Le Kok Arena”da media nümayəndələrinin suallarını cavablandıracaq. 19:30-da isə komandamızın mətbuat üçün açıq məşqinə start veriləcək.

Həmin gün, Bakı vaxtı ilə saat 17:15-də meydan sahiblərinin baş məşqçisi Tomas Heberlinin mətbuat konfransı baş tutacaq. 18:00-da isə rəqib komandanın açıq məşqi başlayacaq.

Xatırladaq ki, oktyabrın 13-də baş tutacaq Estoniya – Azərbaycan matçına Bakı vaxtilə saat 20:00-da start veriləcək.