Estoniya – Azərbaycan matçının hakimi dəyişdirildi

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan matçının hakim təyinatında dəyişiklik baş verib.

Arena.az xəbər verir ki, qarşılaşmanın dördüncü hakim funksiyasını əvvəldən nəzərdə tutulduğu kimi almaniyalı Florian Badstübner yox, Danimarkadan olan Sandi Putros yerinə yetirəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, bu oyunun baş hakim:

Oyunun baş hakimi almaniyalı Robert Şröder olacaq. Ona yan xətt hakimləri Kristian Gittelman və Robert Vessel kömək edəcəklər.

Oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.