Estoniya yığmasının Bakıya gələcək heyəti açıqlandı

Futbol üzrə Estoniya yığmasının AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Arena.az Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Tomas Heberli milliyə 25 oyunçu dəvət edib.

Onların arasında Ermənistan çempionatında forma geyinən müdafiəçi Nikita Baranov da var. Heberli yığmaya 3 qapıçı və 9 müdafiəçi dəvət edib. Qalan 13 futbolçu isə yarımmüdafiə və hücum xəttində çıxış edir.

Xatırladaq ki, Estoniya yığmasının Azərbaycan millisi ilə görüşü iyunun 17-də Bakıda baş tutacaq. Rəqibimiz bu oyundan üç gün sonra Belçika yığmasını qəbul edəcək.

Qapıçılar: Karl Yakob Heyn (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Podbeskidze”, Polşa), Karl Andre Vallner (“Levadiya”);

Müdafiəçilər: Tayo Teniste (“Tammeka”), Karol Mets (“Sankt Pauli”, Almaniya), Yonas Tamm (“Styaua”, Rumıniya), Nikita Baranov (“Pünik”, Ermənistan), Myarten Kuusk, Mixael Lilander, Marko Lukka (hamısı “Flora”), Rasmus Petson, Edqar Tur (hər ikisi “Levadiya”);

Yarımmüdafiəçilər və hücumçular: Martin Miller, Konstantin Vasilyev, Henrik Oyamaa, Sten Reinkort (hamısı “Flora”), Henri Anier (klubsuz), Rauno Sappinen (“Stal”, Polşa), Mattias Kyayt (“Rapid”, Avstriya), Erik Sorqa (“Lokomotiv”, Bolqarıstan), Vlasi Sinyavski (“Slovaçko”, Çexiya), Markus Poom (“Şemrok Rovers, İrlandiya), Georgi Tunyov (SPAL, İtaliya), Rokko Robert Şeyn (“Utrext”, Niderland), Martin Vetkal (“Roma”, İtaliya).

Xatırladaq ki, Azərbaycan və Estoniya yığmaları hələlik AÇ-2024-ün seçmə mərhələsində xal hesablarını aça bilməyiblər. Estonlar bir, millimiz isə iki oyun keçirib və məğlubiyyətə üzülüb. F qrupuna 6 xalla Avstriya başçılıq edir. Belçika və İsveçin isə 3 xalı var.