Evanilson rekord transfer məbləği ilə “Bornmut”da!

Portuqaliyanın “Portu” klubunun braziliyalı mərkəz hücumçusu Evanilson bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “Bornmut”a 37 milyon avro məbləğində sabit və 10 milyona avro məbləğində əlavə üstəlik müqabilində başa gəlib. Həmçinin “Portu” Evanilsonun gələcək satışından əldə ediləcək məbləğin 10%-ni qazanacaq. Evanilsonun keçidi “Bornmut” tarixinin ən ahalı transferi olaraq əlamətdardır. Braziliyalı futbolçunun “albalılar”la müqavilə müddəti hələ açıqlanmayıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Evanilson “Fluminense”nin yetirməsidir. Hücumçu, karyerası ərzində “Şamorin”, “Tombense” və “Portu”da oynayıb.

“Portu” karyerası ərzində Evanilson “əjdahalar”ın heyətində 96 oyuna 37 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Evanilson 2024-cü ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Evanilsonun qənimətlər muzeyindəki bütün qənimətlər “Portu”nun adı ilə bağlıdır – Portuqaliya çempionluğu, Portuqaliya Liqa Kuboku, Portuqaliya Kuboku (3 dəfə) və Portuqaliya Super Kuboku.

Fərdi nailiyyətlərə gəlincə, Evanilson 2 dəfə Portuqaliya Kubokunun ən sərrast futbolçusu olub.

“Bornmut”un fransalı yarımmüdafiəçisi Romen Fevr isə “Brest”ə keçib. 26 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna kimi Fransa klubunda çıxış edəcək.

Romen Fevr “Tur” və “Monako” klublarının yetirməsidir. O, 2020-2022-ci illər aralığında da “Brest”in uğurları üçün çalışıb. Yarımmüdafiəçi bu klubun heyətində 59 oyuna 14 qol və 11 assistlə yadda qalıb. “Olimpik” (Lion), “Loryan” kimi klublarda oynamış futbolçu ötən mövsümü də məhz “Loryan”da icarədə keçirib.

“Brest” də hücumameyilli yarımmüdafiəçisi Karamoko Dembeleni icarəyə verib. Sözügedən oyunçu cari mövsümün sonuna kimi KPR-ə icarəyə verilib. İngiltərə klubu 21 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. “Seltik”in yetirməsi olan Dembele”, “Bləkpul”da da forma geyinib. Gənc vinger həm Şotlandiyanın, həm də İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.