“Everton” 10 xalından məhrum edilməsini ədalətsiz cəza hesab edir

“Everton” klubun maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə 10 xaldan məhrum edilməsi ilə bağlı Premyer Liqanın qərarını ədalətsiz sayır.

Arena.az məlumat verir ki, Liverpul təmsilçisinin mətbuat xidməti bu barədə müvafiq rəsmi bəyanatla çıxış edib:

“Everton Futbol Klubu Premyer Liqa Komissiyasının qərarından həm sarsılıb, həm də məyusdur. Klub hesab edir ki, Komissiya tamamilə qeyri-mütənasib və ədalətsiz idman cəzası tətbiq edib. Artıq klub bu qərardan apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb. İndi apellyasiya prosesi başlayacaq və işə Apellyasiya Şurası baxacaq.

“Everton” iddia edir ki, Premyer Liqaya məlumat verməkdə açıq və şəffaf olduğunu və prosesin bütövlüyünə həmişə hörmət edib. Klub pis niyyətlə davrandığının təsbitini qəbul etmir. Sanksiyanın şiddəti və sərtliyi təqdim edilən sübutların nə ədalətli, nə də ağlabatan əksi deyil.

Klub həmçinin Premyer Liqada maliyyə feyr-pleyi ilə bağlı hər hansı digər məsələlərdə də qəbul edilcək qərarları böyük maraqla izləyəcək. “Everton” apelyasiya prosesi başa çatana qədər bu məsələ ilə bağlı əlavə şərh verə bilməz”, – klubun rəsmi saytındakı bəyanatda deyilir.