“Everton” 12 xallıq cəza ilə üzləşə bilər

Maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün “Everton” Futbol Klubu İngiltərə Premyer Liqasında 12 xallından məhrum edilə bilər.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, kluba turnir xallarının silinməsi ilə yanaşı, pul cəriməsi və transfer qadağası da qoyula bilər. Öz növbəsində, “Everton” rəhbərliyi maliyyə qaydalarının pozulması məsələsində təqsirini etiraf etmir və israr edir ki, klubun itkiləri bir sıra məhdudiyyətlər, məsələn, koronavirusla bağlı məhdudiyyətlərlə bağlıdır.

Xatırladaq ki, cari ilin mart ayında İngiltərə Premyer Liqası “Everton”u maliyyə feyr-pleyi qaydalarını pozmaqda ittiham etmişdi. Liverpul təmsilçisinin son illərdə 372 milyon funt-sterlinq maliyyə itkisi olduğu bildirilir, halbuki məhdudiyyət məbləği 105 milyon funt-sterlinq məbləğində tərtib edilib.
Premyer Liqanın 9 turundan sonra “Everton” 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.