“Everton” 37 yaşlı qapıçı ilə müqavilə bağladı

İngiltərənin “Everton” klubu heyətinə yeni qapıçı cəlb edib. Arena.az xəbər verir ki, Mersisayd təmsilçisi 37 yaşlı Eldin Yakupoviçlə güclənib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə bu ilin 31 dekabrına kimi nəzərdə tutulub.

“Everton”un belə bir transfer etməsinə komandanın əsas qolkiperi Cordan Pikford və Endi Lonerqanın zədə səbəbindən sıradan çıxması səbəb olub.

Eldin Yakupoviç son olaraq Premyer Liqanın digər təmsilçisi “Lester Siti”nin şərəfini qoruyub. O, 2017-ci ildən formasını geyindiyi klubdan bu ilin iyul ayında azad agent kimi ayrılmışdı. Təcrübəli qolkiper “Qrasshopper”, “Tyun”, “Lokomotiv” (Moskva), “Olimpiakos” (Volou), “Aris”, “Hall Siti”, “Leyton Orient” kimi klubların da formasını geyinib. Bosniya və Herseqovinadan anadan olmuş, bu ölkənin U-21 yığmasında da oynamış qapıçı, sonradan İsveçrə yığmasını seçib. O, İsveçrə millisində cəmi 1 matça çıxıb.