“Everton” baş məşqçi postuna Lempardı gətirdi

İngiltərənin “Everton” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Frenk Lempard çalışdıracaq.

Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Frenk Lempard Mersisayd təmsilçisinin sükanı arxasında yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib. Lempardın sonuncu iş yeri isə “Çelsi” klubu olub. O, London klubundan ötən ilin yanvarında ayrılmışdı və düz bir il idi işsiz idi. Lempard daha öncə “Derbi Kaunti” komandasına da rəhbərlik edib.

“Everton” Premyer Liqada bu mövsüm 20 oyuna topladığı 19 xalla 16-cı pillədə qərarlaşıb. 3 oyunu təxirə salınmış komanda, 20 oyunda cəmi 5 qələbə qazanıb, 4 heç-heçə edib, 11 matçdan məğlubiyyətlə ayrılıb. Bu oyunlarda 24 qol vuran kollektiv, 35 top buraxıb.