İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Mersisayd təmsilçisi “Bayer”dən Demarey Qreyi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.
Qrey daha əvvəl İngiltərədə “Birmingem Siti” və “Lester Siti” klublarında da çıxış edib. O, 2021-ci ilin yanvarında məhz “Lester Siti”dən “Bayer”ə transfer olunmuşdu.


