“Everton”un 10 xalı silindi – Rəsmi

İngiltərə Premyer Liqası, maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u turnir cədvəlindəki 10 xaldan məhrum edib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Bu səbəbdən, “Everton” Premyer Liqanın turnir cədvəlinin zirzəmisinə yuvarlanıb – hazırda 12-ci turun yekunları əsasında “irislər” cəmi 4 xalla təhlükəli 19-cu pilləyə atılıblar. Qərar dərhal qüvvəyə minib.

“Müstəqil komissiya Premyer Liqanın Gəlirlilik və Davamlılıq Qaydalarını pozduğuna görə “Everton”u dərhal 10 xaldan məhrum edib.

Bu ilin əvvəlində Premyer Liqa kluba qarşı şikayət edib və məsələni müstəqil komissiyaya həvalə edib. Məhkəmə prosesində klub 2021/2022 mövsümü ilə bitən dövr üçün maliyyə feyr-pleyini pozduğunu etiraf edib. amma pozuntunun miqyası mübahisəli olaraq qalır.

Keçən ay beş günlük dinləmələrdən sonra komissiya “Everton” Futbol Klubunun bu dövrdə 105 milyon funt-sterlinq həddi keçərək 124,5 milyon funt-sterlinq xərclədiyini müəyyən edib. Komissiya kluba 10 ballıq idman sanksiyası tətbiq edilməli olduğu qənaətinə gəlib”, – İngiltərə Premyer Liqasının rəsmi saytında deyilir.