“Everton”un sabiq futbolçusuna ömürlük həbs cəzası

“Everton” və “Şeffild Yunayted”in çinli sabiq yarımmüdafiəçisi Li Te Çində korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Li Te 2022-ci ilin noyabrında Çin futbolunda korrupsiya halları ilə bağlı aparılmış istintaq zamanı həbs edilib.

Dindirilmə zamanı Li Te dəfələrlə rüşvət aldığını etiraf edib. Xüsusilə, 2018-ci ildə sabiq futbolçu 2019-2021-ci illərdə rəhbərlik etdiyi Çin yığmasına baş məşqçi təyin edilmək üçün təxminən 390 min avro məbləğində rüşvət ödəyib.

Keçmiş futbolçu Çinin ikinci liqasında danışılmış oyunlarının təşkilində iştirak etdiyini də təsdiqləyib.

Xatırladaq ki, Li Te 2002-2006-cı illərdə “Everton”da çıxış edib.