“Fənərbağça” Avropa Liqasında “Reyncers”ə rəqib oldu

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma nəticəsində 1/8 finalda üz-üzə gələcək komandalar müəyyənləşiblər.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Fənərbağça” 1/4 finala vəsiqə uğrunda “Reyncers”lə (Şotlandiya) üz-üzə gələcək.

Həmçinin 1/4 final və yarımfinalda qarşılaşacaq cütlər də indidən bəllidir.

Avropa Liqası

1/8 final (6 və 13 mart)

  1. “Bodo Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan)
  2. “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya)
  3. “Ayaks” (Niderland) – “Ayntraxt” (Almaniya)
  4. “Styaua” (Rumıniya) – “Olimpik” (Lion, Fransa)
  5. “Alkmaar” (Niderland) – “Tottenhem” (İngiltərə)
  6. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
  7. “Viktoriya” (Plzen, Çexiya) – “Latsio” (İtaliya)
  8. “Roma” (İtaliya) – “Atletik” (İspaniya)

1/4 final (10 və 17 aprel)

  1. 1-ci cütün qalibi – 7-ci cütün qalibi
  2. 5-ci cütün qalibi – 3-cü cütün qalibi
  3. 2-ci cütün qalibi – 8-ci cütün qalibi
  4. 4-cü cütün qalibi – 6-cı cütün qalibi

Yarımfinal (1 və 8 may)

  1. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
  2. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Final (21 may, Bilbao)

13-cü cütün qalibi – 14-cü cütün qalibi