“Fənərbaxça” fanatları MY azarkeşlərinə hücum çəkdilər

Avropa Liqasının 3-cü turunda qarşılaşacaq “Mançester Yunayted” və “Fənərbaxça” komandalarının azarkeşləri arasında dava düşüb.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “fənərli” ifrat azarkeşlər (ultras) “qırmızı şeytanlar”ın eyni cəbhəsinə saldırıblar. Hücumu təşkil edənlərin sayı 50 nəfərə qədər olub.

Vurğulanır ki, dava-şava üslubun bütün tələblərinə müvafiq məcrada baş tutub. Üstəlik, “Fənər” azarkeşlərindən biri “qırmızı şeytanlar”ın azarkeşlərdindən birinə ling ilə ağır zərbə endirib. Bu bədxah əməlin sahibi aradan çıxıb. Onun şəxsiyyəti hələ müəyyən edilməyib. Xəsarət almış şəxsin də vəziyyəti haqda hələ məlumat yoxdur.

Xatırladaq ki, “Fənərbaxça” – “Mançester Yunayted” oyunu bu gün, oktyabrın 24-də İstanbulun “Şükrü Saracoğlu” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: