Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Santa Klara” klubundan Linkoln Enrikeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Fənərbaxça” braziliyalı futbolçu üçün Portuqaliya klubuna 3.5 milyon avro ödəyəcək.
Linkoln Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, 2017/28 mövsümündə Türkiyənin “Rizəspor” klubunda icarədə çıxış edib. “Qremio” yarımmüdafiəçini 2018-ci ildə “Amerika Mineyro”ya da icarəyə verib. 2019-cu ildən isə o, “Santa Klara”da çıxış edirdi.


