“Fənərbaxça” ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Dimitrios Pelkas zədələnib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Yunan futbolçu zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Pelkas “Fənərbaxça”nın Super Liqanın 23-cü turu çərçivəsində “Qalatasaray”a qarşı keçirəcəyi matçı buraxmalı olacaq. İstanbul derbisi fevralın 6-da baş tutacaq.
Pelkas bu mövsüm “Fənərbaxça”da 20 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.