“Fənərbaxça” səfərdə, “Trabzonspor” evdə qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

Ötən tur doğma meydanda “Qalatasaray”a uduzan “Fənərbaxça” bu dəfə çətin “Fatih Karagümrük” səfərinə yollanıb və qələbəyə sevinib.

“Trabzonspor” doğma meydanda “Qaziantep” üzərində minimalhesablı qələbəyə sebinib. “Kayserispor” – “Ankaragücü” görüşündə isə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası
25-ci tur
12 fevral

Rizəspor – Ərzurumspor 0:2
Qol: Şaheşuhe, 67. O.Karakullukçu, 90+3.

13 fevral

Kayserispor – Ankaragücü 0:0

Trabzonspor – Qaziantep 1:0
Qol: Bakasetas, 67.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qol: Borini, 67 – Tiam, 19. Valensia, 53.

14 fevral

14:30 Konyaspor – Dənizlispor
17:00 Göztəpə – Başakşəhər
17:00 Hatayspor – Alanyaspor
20:00 Qalatasaray – Kasımpaşa

15 fevral

20:00 Antalyaspor – Yeni Malatyaspor
20:00 Gənclərbirliyi – Beşiktaş