“Fənərbaxça” Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazandı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Səfərdə “Sivasspor”la qarşılaşan “Konyaspor” əlavə vaxtda vurduğu yeganə qol sayəsində 1/4 finala yüksəlib.

“Başakşəhər” – “Hatayspor” matçında da əlavə vaxta, hətta penaltilərə belə ehtiyac duyulub. Əsas və əlavə vaxt 1:1 hesabıyla yekunlaşıb. Penaltilər seriyasında 3:2 hesablı qələbə İstanbul təmsilçisini növbəti mərhələyə daşıyıb. Hatay klubunun heyətində ilk dəqiqələrdən meydanda olan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 90+1-ci dəqiqədə əvəzlənib. O, bu oyunda fərqlənə bilməyib.

Günün son oyunu “Qaziantep” və “Fənərbaxça” arasında baş tutub. Rəqibinə səfərdə iki cavabsız qolla qalib gəlmiş İstanbul nəhəngi 1/4 finala yüksəlib.

Qeyd edək ki, Türkiyə Kubokunda 1/8 final mərhələsinin qalan görüşləri fevralın 8-də keçiriləcək.

Türkiyə Kuboku
1/8 final
6 fevral

Fatih Karagümrük – Samsunspor 2:1
Qollar: Biraski, 72. Paoletti, 89 – Marius, 68.

Ankaragücü – Ərzincanspor 5:1
Qollar: T.Cigerci, 36-pen. Pedrinyo, 44. Radakoviç, 51. Maçeda, 65. Astanakulov, 90+2 – O.Aynaoğlu, 59.

Qalatasaray – Bandırmaspor 4:2
Qollar: D.Sançes, 26. H.Dərvişoğlu, 36-pen. Tete, 40-pen. K.Vinisius, 90+5 – S.Piçinciol, 45+3. Mulumba, 77.

7 fevral

Sivasspor – Konyaspor 0:1
Qol: A.Oğuz, 109.

Başakşəhər – Hatayspor 1:1 (penaltilər 3:2)
Qollar: Keni, 23 – Massanqa Matondo, 58.

Qaziantep – Fənərbaxça 0:2
Qollar: Batşuayi, 17; 31.

8 fevral

18:30. Gənclərbirliyi – Trabzonspor
21:45. Antalyaspor – Beşiktaş