“Fənərbaxça”nın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Fənərbaxça” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça”dan verilən məlumata görə, Super Liqanın 31-ci turu çərçivəsində baş tutan “Beşiktaş”la səfər oyunundan əvvəl klub kollektivindən koronavirus testi götürülüb. Nəticədə bir futbolçunun COVİD-19 testi pozitiv nəticələnib. Adı açıqlanmayan həmin oyunçu səfər oyununa aparılan heyətdən çıxarılıb və karantinə alınıb.

Qeyd edək ki, “Beşiktaş” – “Fənərbaxça” matçında qalib müəyyənləşməyib – 1:1.