“Fənərbaxça”nın koronavirusa yoluxmuş futbolçuları sağalıb.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Bu komandada bir neçə gün öncə beş futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı açıqlanmışdı. Son məlumata görə, onların hamısı sağalıb və sonuncu testləri neqativ çıxıb. Əvəzində “Fənərbaxça”nın prezidenti Ali Koçun koronavirus testi pozitiv çıxıb və hazırda o, evində müalicə alınır. Növbəti oyununu “Yeni Malatyaspor”a qarşı keçirəcək komandada Mesut Özil, Nazım Sanqare ve Dieqo Perotti fərdi proqramla hazırlaşır. Sadık Çiftpınar da zədəsini sağaltmaqla məşğuldur. Enner Valensiyanın isə ağrıları olduğu üçün istirahət alıb.
Türkiyənin digər klublarından “Yeni Malatyaspor”da “Fənərbaxça” ilə oyun ərəfəsində koronavirusa 4 yeni yoluxma qeydə alınıb. Klubdan verilən məlumata görə, onlardan ikisi futbolçu, ikisi isə çalışanlardandır. Bununla da sözügedən klubda koronavirusa yoluxma sayı 8-ə çatıb.
“Gənclərbirliyi”ndə isə bir klub işçisinin koronavirusa yoluxduğu açıqlanıb.