“Fənərbaxça”nın prezidentində koronavirus aşkarlandı

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koçda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə klub rəhbərinin ötən gün verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koçun səhhəti yaxşıdır və onun müalicəsi evində aparılır.

Xatırladaq ki, son günlərdə “Fənərbaxça”da futbolçulardan da bir neçəsinin koronavirusa yoluxduğu açıqlanmışdı. Hazırda onlardan ikisinin hələ də karantində olduğu bildirilir.