Fərid Nəbiyev 90 dəqiqə oynasa da…

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 10-cu tur çərçivəsində səfərdə “Trineç”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. İlk dəqiqələrdən meydanda olan Fərid Nəbiyev sonadək mübarizə aparıb.

“Viktoriya” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: