Fərid Nəbiyev Çexiya klubundan ayrıldı

Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın “Viktoriya” (Jijkov) klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 15 futbolçunun növbəti mövsümdə bu komandanın uğurları üçün çalışmayacağı diqqətə çatdırılıb. Onlardan biri də azərbaycanlı hücumçudur.

“Viktoriya” geridə qalan mövsümdə Çexiyanın 2-ci divizionunda mübarizə aparırdı. Jijkov təmsilçisi 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. Bu üzdə ndə Fərid kimi, əksər futbolçular komandadan ayrılmağa qərar verib. Nəbiyev geridə qalan mövsümdə meydana çıxdığı 23 oyunda cəmi 2 qol vurmağı bacarıb.

Fərid Nəbiyev 2020-ci ilin yanvar ayından “Viktoriya”nın uğurları üçün çalışırdı. Gənclərdən ibarət yığmamızın sabiq hücumçusu daha öncə Çexiyada Praqa “Slaviya”sının U-21 komandasında da çıxış edib. “Qəbələ”nin yetirməsi olan futbolçu Gürcüstanın “Şevardeni” komandasında da forma geyinib. Onun yeni iş yerinin hansı komanda olacağı hələ bilinmir.