Fərid Nəbiyev oynadı, “Viktoriya” darmadağına sevindi

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 4-cü tur çərçivəsində səfərdə Praqa “Sparta”sının ikinci komandası ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0. Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

“Viktoriya” 4 turdan sonra 6 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.