Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 13-cü tur çərçivəsində doğma meydanda “Jihlava” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Fərid Nəbiyev bu görüşün 80-ci dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 13 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


