Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 25-ci tur çərçivəsində səfərdə “Xrudim”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Fərid Nəbiyev bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 25 turdan sonra 13 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


