Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 5-ci tur çərçivəsində doğma meydanda “Usti nad Labem” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Fərid Nəbiyev komandasının start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“Viktoriya” 5 turdan sonra 7 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


