Premyer Liqa təmsilçisi “İmişli”nin sabiq baş məşqçisi Fərid Namazov 2026/2027 mövsümündən etibarən yenidən bu komandaya rəhbərlik edəcək.
Arena.az bu barədə əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda portuqaliyalı Xorxe Kaşkilyanı əvəz edib.
Xatırladaq ki, Xorxe Kaskilya 2025/2026-cı illər mövsümünün əvvəlindən bu komandada baş məşqçi işləyirdi. 57 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini bütövlükdə 35 oyuna çıxarıb, 8 qələbə, 13 heç-heçə və 14 məğlubiyyətə üzülüb.
“İmişli” ötən mövsüm debüt etdiyi Azərbaycan Premyer Liqasında 33 oyuna topladığı 34 xalla 12 iştirakçı arasında 9-cu yeri tutub.
Fərid Namazov “İmişli”yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanmışdı. Lakin klub rəhbərliyi o zaman Namazovun əvəzində baş məşqçi postuna əcnəbi mütəxəssis gətirməyə qərar vermişdi.
UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.


