Braziliyalının “Fluminense” klubunun qapıçısı Fabio Deyvison Lopes Masiel dünya futbolunda ən çox matça çıxan oyunçu kimi tarixə düşüb.
Arena.az xəbər verir ki, 44 yaşlı qolkiper karyerası ərzində 1391 qarşılaşmada meydana çıxaraq ingilis qapıçı Piter Şiltonun rekordunu (1390 oyun) yeniləyib.
O, buna Sudamerikana Kubokunda “Amerika de Kali” ilə görüşdə nail olub. Təcrübəli qolkiper 2:0 hesabıyla qalib gəldikləri görüşdə 90 dəqiqə meydanda olub.
Fabio Deyvison Lopes Masiel 2022-ci ildən “Fluminense”də çıxış edir. O, daha öncə “Unian Bandeyrante”, “Atletiko Paranaense”, “Kruzeyro”, “Vasko da Qama” və “Kruzeyro” klublarında da çıxış edib.
Braziliyalı qapıçının bu klubların heyətindəki oyun sayı aşağıdakı kimidir:
Kruzeyro – 976
Fluminense – 235
Vasko da Qama – 150
Unian Bandeyrante – 30
Fabio ölkəsinin U-20 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 44 yaşlı qapıçının transfer dəyərini 100 min avro məbləğində qiymətləndirir.


