Fabio Kapello “Milan”ı və Emerson Royalı tənqid etdi

Nüfuzlu italyan mütəxəssis Fabio Kapello “Milan”ın braziliyalı sağ cinah müdafiəçisi Emerson Royal haqda fikrini bildirib.

Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Emerson Royalın səviyyəsi “Milan” oyunçusu kimi məni heyrətləndirmir. Mən onu almazdım”, deyə təcrübəli məşqçi vurğulayıb.

Fabio Kapello “Milan”ın qarşıdakı qış transfer pəncərəsində yeni hücumçu ilə güclənməli olduğunu da vurğulayıb:

“Bazarda əsas hadisə yeni hücumçunun alınması olmalı idi. Belə ki, Olivye Jiru komandadan ayrılmışdı. Alvaro Morata və Temmi Abraham gəliblər, amma “rossoneri” azarkeşləri niyə “Milan”ın bir mövsümdə 20 qol vuran əsl qolçu oyunçu almadığından çaşbaşdırlar. Sanki bu, asan idi…”, deyə Kapello bildirib.

Xatırladaq ki, “Milan” Emerson Royalı 2024-cü ilin avqustunda İngiltərənin “Tottenhem” klubundan transfer edib. Sözügedən klub braziliyalı oyunçunun keçidini 15 milyon avroya rəsmiləşdirib. 25 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Emerson cari mövsümdə “Milan”ın heyətində 19 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Emerson Royal “San Paulo” və “Ponte Preta” klublarının yetirməsidir. Ölkəsində “Atletiko Mineyro”nun da şərəfini qorumuş müdafiəçi, 2019-cu ilin yanvarında 12 milyon avro müqabilində “Barselona”ya keçib. Amma cəmi bir ay sonra Kataloniya klubu Emersonu 6 milyon avroya “Betis”ə satıb. 2021-ci ilin iyul ayında “Barselona” bu dəfə 14 milyon avro ödəməklə yenidən Emersonu sıralarına cəlb edib və yenə bir ay sonra “Tottenhem”ə satıb. Kataloniyalıların budəfəki qazancı isə 25 milyon avro olub.

Emerson Royal 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 10 oyuna çıxıb. O, millidə də məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.