Fabio Kapello: “Xosep Qvardiola futbola zərər vurub”

Məşhur italyan mütəxəssis Fabio Kapello ispan mütəxəssis Xosep Qvardiolanın futbola zərər vurduğu qənaətindədir.

Arena.az “El Mundo” dərgisinə istinadən, Kapellonun müvafiq qənaətini təqdim edir:

– O, futbola nəhəng ziyan vurub, olsun ki, öz təqsiri ilə deyil.
– Niyə?

– Çünki bütün məşqçilər onu köçürməyə cəhdlə 10 il sərf etdilər. İtalyan futbolu bununla dolub-daşdı və öz təbiətini itirdi. Mən deyirdim: “Bəsdirin, sizin, Qvardiolanın malik olduğu oyunçularınız yoxdur!”. Bundan başqa, belə bir cəfəng fikir sırınırdı ki, yaxşı oyun ancaq belə ola bilər.

Toxunuş, toxunuş, bir daha toxunuş, yenə toxunuş… İndi italyan futbolunda qapıçılar top gillədirlər! Bu, fəlakətdir və bundan başqa, darıxdırıcıdır, hansı ki, çoxlarını futboldan üz çevirməyə təhrik etdi – indi onlara əsas məqamlara baxmaq kifayətdir.

Nə üçün 90 dəqiqə ərzində mübarizəsiz və sıçrayışlarsız, üfüqi ötürmələrdən ibarət oyuna baxaq? Xoşbəxtlikdən, futbol dəyişir. Hər şeydən öncə, bunu, Avropa çempionatını iki cinah hücumçusu və sürətli oyunla qazanmış İspaniya dəyişdi.

Xatırladaq ki, hazırda Xosep Qvardiola “Manmester Siti”nin çalışdırır və əvvəllər çalışdırdığı “Bayern” və “Barselona”da olduğu kimi, Kapellonun təsvir etdiyi futbolu aşılayır.

Əlavə edək, oxşar fikirlər “Pep”in “Bayern”i çalışdırdığı dövrdə Almaniya da səslənir, Qvardiola alman futbolunda öldürməkdə təqsirkar bilinir, tənqid edilirdi.