“Nitsa”nın baş məşqçisi Françesko Farioli intihardan xilas edilmiş yarımmüdafiəçi Aleksis Beka Bekanın vəziyyəti barədə məlumat verib.
Arena.az “Midi Libre” dərgisinə istinadən Françesko Fariolinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“O, sağ və sağlamdır və ona qayğı göstərilir. Son üç ayda ona böyük diqqət və həssaslıqla qayğı göstərmiş psixoloqumuz Sofinin böyük əməyini qeyd etmək istərdim. Biz müvafiq problemlərlə qarşılaşanda gizlənməməliyik.
Bizim ən pis düşmənimiz, necə deyərlər, özümüzdür. Bəzən biz futbolçuları superulduzlar və ya rok-ulduzlar hesab edirik, amma onlar da bizim kimi insanlardırlar. Keçmişdə biz Tayson Fyuri və ya Maykl Felps kimi idmançıların bu çətinliklərdən danışdığını görmüşük. “Bu, tabu olmamalıdır. Hamımız buna daha həssas olmalıyıq”. Aleksisin qarşısındakı yola daha çox həssaslıqla yanaşmasını xahiş edirəm. Mən ona yaxın adam kimi, qayğı və məhəbbətlə hörmət etməyi xahiş edirəm”, deyə Farioli çağırış edib.
Xatırladaq ki, qısa müddət əvvəl “Nitsa”nın yarımmüdafiəçisi Aleksis Beka Beka özünü körpüdən atmaqla intihara cəhd göstəmiş, ancaq polis və psixoloqların ciddi səyi ilə fikrindən daşındırılaraq, ölümün pəncəsindən qurtarılmışdı. Hazırda futbolçunun həyatı təhlükəsizlik və güvəndədir.
