“Qarabağ”ın dəvəti ilə ölkəmizə səfərə gəlmiş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubunun bazasını ziyarət edib.
Arena.az xəbər verir ki, Terimlə yanaşı “Qalatasaray”ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov da “Qarabağ”ın qonağı olublar.
Qonaqlar öncə komandanın məşqini izləyiblər. Onlar komandanıın baş məşqçisi Qurban Qurbanovla görüşüblər. Sonra “Qarabağ”ın baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və “Qalatasaray”ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda Ağdam klubu adından xüsusi hədiyyə təqdim edilib.
Görüşün sonunda xatirə fotosu çəkilib.


