Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu gün sonuncu finalçı müəyyənləşib.
Sonuncu yarımfinal görüşü “Mançester Yunayted”lə “Brayton” arasında baş tutub. Əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “qırmızı şeytanlar” finala yüksəliblər – 7:6.
Birinci yarımfinal görüşündə də “Mançester Siti” Çempionşip təmsilçisi “Şeffild Yunayted”i 3:0 hesabıyla məğlub edərək finala yüksəlmişdi.
Beləliklə, iyunun 3-də keçiriləcək final qarşılaşmasında eyni şəhəri təsmil edən iki komanda və əzəli rəqib – “Mançester Yunayted”lə “Mançester Siti” üz-üzə gələcək.
Xatırladaq ki, kubokun sonuncu qalibi “Liverpul”dur. Onlar ötən mövsüm finalda “Çelsi”ni məğlub edərək İngiltərə Federasiya Kubokunda qalib olmuşdular. “Mançester Siti” isə sonuncu dəfə bu turnirin final mərhələsində 2019-cu ildə oynayıb və qalib olub.
İngiltərə Federasiya Kuboku
Yarımfinal
22 aprel
Mançester Siti – Şeffild Yunayted 3:0
Qol: Mahrez, 43; 61; 66.
23 aprel
Brayton – Mançester Yunayted 0:0 (penaltilər 6:7)


