Federiko Qattoni “Sevilya”da!

Argentinanın “San Lorenso” klubunun mərkəz müdafiəçisi Federiko Qattoni İspaniya “Sevilya”sına transfer olunub. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Argentinadan olan 23 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. İspaniya klubu bu transfer üçün Argentina təmsilçisinə 1.4 milyon avro ödəyib.

Tərəflər arasındakı razılığa əsasən, Qattoni bu mövsümün sonuna kimi “San Lorenso”da icarə əsasında çıxış etməyə davam edəcək. O, “Sevilya”ya yayda qoşulacaq.

Federiko Qattoni “San Lorenso”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 70 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi Argentinanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: