Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sumqayıt” bu gün yarışın 2-ci təsnifat mərhələsində “Fehervar”la cavab matçına çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan təmsilçiləri arasındakı ikinci oyun Sekeşfehervar şəhərində baş tutacaq.
“MOL Arena Şoşto” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Samir Abasovun çalışdırdığı Azərbaycan təmsilçisi cavab görüşündə ilk oyundakı məğlubiyyətin qisasını almağa çalışacaq. Çünki təmsilçimizin mərhələ adlamaq üçün səfər matçında inamlı qələbə qazanmaqdan başqa çıxış yolu yoxdur.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
31 iyul
21:00. Fehervar – Sumqayıt
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu.
İlk oyun – 2:1.
Fehervar: 22. Balaş Tot, 7. Sabolts Şön, 8. Boqdan Melnik, 11. Nikolas Stefanelli, 14. Aron Çonqvai (k), 19. Patrik Kovaç, 20. Tobias Kristensen, 21. Andras Husti, 27. Bence Bedi, 31. Nikola Serafimov, 77. Matias Katona.
Ehtiyat oyunçular: 57. Martin Dala, 75. Daniel Veselinov, 3. Kasper Larsen, 9. Neyç Qradisar, 15. Matias Kovaç, 16. Mario Lukas Simut, 18. Bençe Kovaç, 30. Gergo Ominger, 74. Bençe Baboş, 99. Milan Peto.
Baş məşqçi: Tamaş Peto.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 14. Elvin Bədəlov, 3. Slavişa Radoviç, 19. Roi Kehat, 8. Səbuhi Abdullazadə, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


