Felipinyo “Araz Naxçıvan”ı İndoneziya klubuna dəyişdi

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz Naxçıvan”ın hücumçusu Felipinyo bundan sonrakı karyerasını İndoneziyada davam etdirəcək.

Arena.az xəbər verir ki, Braziliya əsilli futzalçı “Kancil” klubu ilə anlaşıb.

Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Felipinyo bu mövsümün sonuna qədər İndoneziya klubunda çıxış edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: