Fernan Lopes yenidən “Qəbələ”də!

2019/20 mövsümündə də “Qəbələ”də forma geyinmiş Fernan Lopes yenidən Azərbaycan klubuna qayıdıb. Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fernan Lopes 2019/20 mövsümündə “Qəbələ”nin heyətində keçirdiyi 22 oyunda 3 qol vurub.

“Selta” klubunun yetirməsi olan futbolçu 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib. Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.