Türkiyənin “Qalatasaray” klubu qapıçısı Fernando Musleranın müqaviləsinin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı qapıçı İstanbul təmsilçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb.
Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. 34 yaşlı futbolçu bu komandada 300-dən çox oyun keçirib. O, daha öncə İtaliyada “Latsio”nun, ölkəsində isə “Nasional” və “Montevideo Uonderers” klublarının formasını geyinib. Təcrübəli qolkiper Uruqvay yığmasında da 116 oyun keçirib.


