Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos bu gün Bakıda daha bir neçə idman obyektləri ilə tanış olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssis əvvəlcə “Azərsun Arena”, “Qarabağ”ın bazası, daha sonra “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzindəki son durumla tanış olib. O, eyni zamanda AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Xatırladaq ki, portuqal məşqçi iyunun 13-də “Dalğa Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “Bayıl Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda da olmuşdu.
Fernando Santos iyunun 12-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Təcrübəli məşqçi ilə 3+1 illik müqavilə imzalanıb. Santosun qarşısına Azərbaycan millisini AÇ-2028-ə çıxarmaq vəzifəsi qoyulub.