Fernando Santosun mətbuat konfransı keçiriləcək

İyunun 13-də Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santosun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Xatırladaq ki, bu gün AFFA Fernando Santosun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.